loading...

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin ikinci iclası keçirilib

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin ikinci iclası keçirilib

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin ikinci iclası keçirilib

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin ikinci iclası keçirilib

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin  (EASA/EAP) aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak edib.

İşçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilmişdi. Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulub.

Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilib.

İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilib, proqram çərçivəsində gələcək addımlar müzakirə olunub. EASA komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilib. 

Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının (“dronlar”) əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə İCAO-nun universal proqramı çərçivəsində aşkar edilib. Nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsi yerinə yetirilib.

www.oxu.az 

Oxunub: 85 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ermənistanda hərbi hissəni tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb