loading...

Nazir: Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artır

Nazir: Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artır

Nazir: Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artır

Nazir: Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artır

Paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşların qəbulundan sonra Şəki şəhərindəki bir sıra mədəniyyət müəssisələrinə baş çəkərkən deyib.

Nazir bildirib ki, Şəki ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan, qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərinin səviyyəsi daha da artırılmalıdır.

Nazir xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gedib. Bildirilib ki, şair sağlığında bu evi uşaq bağçasına verib, Şəki şəhər 3 saylı uşaq bağçası burada yerləşib. Qeyd olunub ki, prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin evdə Xalq şairinin ev-muzeyi yaradılacaq. Hazırda muzeydə son tamamlanma işləri həyata keçirilir.

A.M.

www.oxu.az

Oxunub: 28 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ərdoğan dünya müsəlmanlarına çağırış etdi