loading...

İş yerində yatanlar üçün “Yuxu kapsulları”

İş yerində yatanlar üçün “Yuxu kapsulları”

İş yerində yatanlar üçün “Yuxu kapsulları”

İş yerində yatanlar üçün “Yuxu kapsulları”

Gün ərzində iş saatından bir neçə dəqiqə ayırıb, masa üstündə də olsa, yatmaq çoxları üçün adətə çevrilib. 

Çində işçilərin nahar fasiləsində dincəlməsi məqsədilə “yuxu kapsulları” fəaliyyət göstərir. 1 metr eni və 2 metr uzunluğu olan kapsullardan istifadə və ödəniş etmək olduqca rahatdır. 

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “WeChat” tətbiqetməsi ilə mobil ödəmə sistemi sayəsində kredit kartı və nağd pula ehtiyac olmadan ödəniş edib, bu imkandan yararlanmaq olur. Bu kapsulların istifadəçiləri hər ötən gün daha da artır. 

Ödəniş telefonla həyata keçiriləndən sonra həmin nömrə ilə qutunun qapısı açılır və yatmaq üçün sizi gözləyir. İnsanlar nə qədər yatmaq istədiklərini əvvəlcədən müəyyən edir. Hər istifadədən sonra aparat dezinfeksiya edilir.

Yarım saat yatmaq üçün 6 yuandır (orta hesabla 1 manat), 11:00-dan 14:00-a qədər tələb yüksək olduğundan məbləğ 10 yuana yüksəlir.

Çox işləyən, xüsusən gecə saatlarına qədər işləməli olan şəxslər bu yenilikdən daha çox faydalanır. Bu yenilikdən yararlananların sayı 10 mindən çoxdur. Artıq işçilər yeməkdən sonra iş yerində yuxulamır. 

S.S.
www.oxu.az

Oxunub: 40 Dəfə

Bolme:

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ukraynada prezidentlərin görüşündə general huşunu itirdi – VİDEO