loading...

Küçədə qalan qadın: Kürəkənim məni evə buraxmır

Küçədə qalan qadın: Kürəkənim məni evə buraxmır

Küçədə qalan qadın: Kürəkənim məni evə buraxmır

Küçədə qalan qadın: Kürəkənim məni evə buraxmır

Övladları tərəfindən işgəncələrə məruz qaldığı üçün evdən qaçan qadın küçələrdə gecələmək məcburiyyətində qalıb.

Oxu.Az Femida.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsində baş verib.

Qəsəbə sakini Gülanə Əliyeva evdən qaçdıqdan sonra iki gün Sumqayıt şəhərində yerləşən binaların bloklarında gecələyib. 

Bu haqda məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib.

Onun sözlərinə görə, qadının küçədə gecələməsi barədə məlumatı aldıqdan sonra gecə ilə Sumqayıta yollanıb.

“Saat 02:00-da Sumqayıta çatdım. Ərazidə xidmətdə olan PPX əməkdaşlarının köməyilə qeyd edilən ünvanı tapdım. Qeyd edilən ünvana sahə üzrə Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsi çağırıldı. İlkin söhbət zamanı məlum oldu ki, qadın Sarayda yaşayır. Evdən çıxdıqdan sonra avtobusla Sumqayıta gəlib. Küçə itləri onu qovduğu üçün binaların blokuna girib. Gülanə nənəni tibbi müayinə üçün Sumqayıt şəhər TTYX-na apardıq. Mənim və polis əməkdaşlarının müşayiətilə tibbi müayinədən keçirilib, rəsmi akt əsasında Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirildi.”

Vasif Akiflinin sözlərinə görə, qadının onlara verdiyi məlumata əsasən, oğlu və qızı var.

“Onun dediyinə görə, oğlu ruhi xəstədir və bir sıra pis vərdişlərə malikdir. Şəxsiyyət vəsiqəsinin, pensiya kartının qızında olduğunu və kürəkəninin onu evə buraxmadığını deyir. Abşeron rayonununda qeydiyyatda olan qızı Bayramova Sevinc Talıb qızı Sabunçuda kirayədə yaşayır. Qadının özünün müəyyən psixoloji problemlərinin də olduğu aydın hiss olunur. Biz qadının yaxınlarının tapılması üçün qurumlara və mətbuata da müraciət etmişik. Onun hüquqlarının müdafiəsi üçün lazım olan addımlar atılır”, - deyə Vasif Akifli bildirib. 

Oxunub: 11 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
DÇ-2018: Azərbaycandan növbəti uğursuzluq – VİDEO