loading...

Azərbaycan polisi reyd keçirdi: Saxlanılan sürücü kömək istədi – VİDEO

Biləsuvar rayonunda avtoreyd keçirilib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, rayonda yol hərkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də, müvafiq sürücülük vəsiqəsi olmadan avtomobilləri idarə edən sürücülər saxlanaraq barəsində inzibati protokol tərtib olunub.

Reyd zamanı sürücülərin bəziləri mobil telefonla dostlarından kömək istəyib, bəziləri isə polisin “saxla” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar.

Sürücü: “Günah məndədir. Xəstə var, xəstəxanaya tələsirəm. Bağışlayın”.

Bu kimi sürücülərin avtomobilləri yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində tədbir görülüb.

Ümumilikdə 40-a yaxın sürücü reyd zamanı saxlanılaraq barələrində inzibati qaydada cəzalandırılıb.

Reyd qarşıdakı günlərdə də davam etdiriləcək.

Oxunub: 98 Dəfə

Bolme: Avtomobil

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex