loading...

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb – VİDEO + YENİLƏNİB

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb – VİDEO + YENİLƏNİB

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb – VİDEO + YENİLƏNİB

“Mən itkin düşməmişəm. Ailəmlə də əlaqəm var. Onlar hər şeyi bilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo” ya açıqlamasında ötən həftə KİV-də itkin düşməsi barədə xəbər yayılan Bakı şəhər sakini 22 yaşlı Xanım Quliyeva deyib. 

X. Quliyeva bildirib ki, ailəsi ona zor tətbiq edib: “Çoxlu xoşagəlməz hallar olub. Mən artıq uşaq da deyiləm, özüm müstəqil yaşaya da bilərəm. Onların televiziyaya müraciət etməsində məqsəd mənim evə qayıtmağımdır. Amma mən o evə geri qayıtmayacam. Vəkilimlə də danışmışam. Boşanma ərəfəsindəyəm. Polis bu işi bilir. Oğlum da yanımdadır. Hazırda işləyirəm və ona baxıram. Ailəm bilir ki, mən itkin düşməmişəm. Onlarla və xalamla da əlaqə saxlamışam”. 

20.07.2017 (22:06)

22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər.

Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir neçə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.

Səlimə Babazadənin sözlərinə görə, qızının evləndiyi gündən güzəranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, Xanımın belə addım atmasına gətirib çıxarıb.

Hətta qız evdən çıxarkən pul və paltar da götürməyib. Uşağını bağçaya aparıb, oradan da çıxıb gedib.

Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur. İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb.

Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.

Oxunub: 84 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex