loading...

Rusiyaya qarşı yeni sanksiyalarda “Trampın əlyeri”ni tapıldı

Rusiyaya  qarşı yeni sanksiyalarda “Trampın əlyeri”ni tapıldı

Rusiyaya qarşı yeni sanksiyalarda “Trampın əlyeri”ni tapıldı

Rusiyaya qarşı yeni sanksiyalarda “Trampın əlyeri”ni tapıldı

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qanun layihəsində bir “texniki” düzəliş var ki, o, ABŞ prezidenti Donald Trampa konqresin icazə prosedurundan yan keçməyə imkan verir.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Gibson Dunn hüquq şirkətinə istinadən RBK (RosBiznesKonsaldinq) yazır.

Amerika senatorları və konqresmenləri tərəfindən qəbul olunmuş sənəd prezident Barak Obamanın Rusiyaya qarşı sanksiyalar haqqında qüvvədə olan fərmanlarını başqa prezident fərmanlarının ləğv edə bilməyəcəyi müddətsiz qanuna çevirir.

Qanun layihəsinin əsas xüsusiyyəti bundadır ki, o, Rusiya sanksiya proqramlarının idarə edilməsi üzrə Trampın səlahiyyətlərini xeyli məhdudlaşdırır – sanksiyaları yüngülləşdirmək, dayandırmaq və ya ləğv etmək üçün konqresə xüsusi məruzədə bunun məqsəd və nəticələrini izah etmək lazımdır və konqres prezidentin bu təşəbbüsünün qarşısını ala bilər.

Amma qanun layihəsində belə bir maddə var ki, ona görə, əgər ABŞ hökuməti Rusiyaya münasibətdə xarici siyasətə təsir etməyən “adi” lisenziya buraxırsa, buna konqresin icazə proseduru lazım deyil. 

Qanun layihəsinin ilkin variantında belə maddə yox idi.

“Qanun layihəsinə bu əhəmiyyətli əlavə ABŞ prezidentinə əks-təqdirdə cəzalandırılmalı olan fəaliyyətə icazə verən lisenziya buraxmağa real azadlıq verir”, - müştərilər üçün bülletendə ABŞ-ın Gibson Dunn hüquq şirkəti yazır.

Vaşinqtondakı Bryan Cave-nin sanksiyalar üzrə ixtisaslaşmış hüquqşünası Klif Berns ehtimal edir ki, parlament nəzarəti rejimində icra hakimiyyəti bu “boşluq”dan anti-Rusiya sanksiyalarının dəyişdirilməsi üçün istifadə edə bilər.

O deyir ki, “Maliyyə nazirliyinə, sadəcə,  bunun Rusiyaya münasibətdə “ABŞ-ın xarici siyasətini əhəmiyyətli dəyişməyəcəyi” nəticəsinə gələrək baş lisenziya adlandırılan lisenziya buraxmasına heç nə mane olmur”.

Belə fikri təkzib etməyin heç bir üsulu qanun layihəsində nəzərdə tutulmayıb.

Amma agentlik qeyd edir ki, başqa hüquqşünaslar “köhnə lisenziyalar” haqqında deyiləndən praktikada əlyeri kimi istifadənin mümkünlüyünə şübhə ilə yanaşırlar. 

25 iyulda qanun layihəsi konqresin Nümayəndələr palatasının mütləq çoxluğu tərəfindən qəbul olunub. 27 iyulda senat mütləq səs çoxluğu ilə məhdudlaşdırıcı cərimə tədbirləri paketinin lehinə səs verib.

Ağ evdə deyirlər ki, Tramp Rusiya əleyhinə sanksiyalar haqqında qanunu tezliklə imzalayacaq. Cavab olaraq Rusiya ABŞ-dan Moskvadakı bağı alıb və ABŞ diplomatik ştatını 755 nəfər ixtisar etməyi tələb edib.

Qeyd edək ki, Avropa Şurası bu qanunun əleyhinə çıxış edir. Bu günlərdə Almaniya bildirib ki, yeni sanksiyalar beynəlxalq hüququ pozur və Avropanın energetik təhlükəsizliyini təhlükə altında qoyur.

N.О.

oxu.az

Oxunub: 29 Dəfə

Bolme: Dünya

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Baş məşqçidən güləşçilərin etirazına – SƏRT REAKSİYA