loading...

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: Кral ailəsi üzvlərinin həbsi davam edir

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: Кral ailəsi üzvlərinin həbsi davam edir

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: Кral ailəsi üzvlərinin həbsi davam edir

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: Кral ailəsi üzvlərinin həbsi davam edir

Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinə və məmurlara qarşı keçirilən antikorrupsiya əməliyyatının ikinci mərhələsi başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “Reuters”a məlumatlı mənbə bildirib.

Mənbə deyib ki, ikinci dalğada siyasət və ticarət dünyasına yaxın adamlar korrupsiyada şübhəli bilinərək saxlanılıblar.

Məlumata görə, onların bir qismi 2011-ci ildə vəfat etmiş vəliəhd şahzadə Sultan bin-Əbdüləzizin ailəsinin üzvləridir. Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.

Həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu hotellərdən birində saxlanılırlar.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə varis şahzadə Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də, şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

N.O.

oxu.az

Oxunub: 11 Dəfə

Bolme: Dünya

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Lənkəranskiyə görə adam öldürənə hökm oxundu