loading...

Məktəblərdə istilik təchizatı ilə bağlı problem olacaq?

Məktəblərdə istilik təchizatı ilə bağlı problem olacaq?

Məktəblərdə istilik təchizatı ilə bağlı problem olacaq?

Məktəblərdə istilik təchizatı ilə bağlı problem olacaq?

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 138-i “Azəristilik” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin olunur”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu idarənin rəisi Məhəbbət Vəliyeva deyib. M. Vəliyeva bildirib ki, 169 məktəbin fərdi qazanxanası var, 3 məktəbdə həm fərdi qazanxana var, həm mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

İdarə rəisi bildirib ki, istilik təchizatı ilə bağlı məktəblərdə monitorinqlər aparılıb: “Hələ də müəyyən problemlər mövcuddur. Lazımi tədbirlər görülür. Problemlərin bəziləri məktəblərə verilmiş mərkəzləşdirilmiş istilik xətlərinin özündədir. Bəzi məktəblərin fərdi qazanxanalarındadır. Ümidvarıq ki, noyabrın 15-dək məktəblərdə istilik təchizatı ilə bağlı problem olmayacaq”.

E.Ə.
www.oxu.az

Oxunub: 10 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ