loading...

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 20 faizdən çox artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 20 faizdən çox artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 20 faizdən çox artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 20 faizdən çox artıb

 Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 3,46 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artmışdır və bütün 2016-ci il üzrə ümumi statistikanı ötmüb. 

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2 milyon sərnişin düşmüşdür ki, bunun da 504 min nəfəri daxili reyslərlə daşınmışdır.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 50,6 faizi AZAL-ın, 49,4 faizi xarici aviadaşıyıcıların payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,1 milyon sərnişin bu istiqamətlərə uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

www.oxu.az 
 

Oxunub: 30 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Azarkeşlər qola sevindi: Tribuna çökdü – VİDEO