loading...

Əfqanıstanda xidmət edən gürcü hərbçilər hücuma məruz qaldı – 1

Əfqanıstanda xidmət edən gürcü hərbçilər hücuma məruz qaldı – 1 ölü, 3 yaralı

Əfqanıstanda xidmət edən gürcü hərbçilər hücuma məruz qaldı – 1 ölü, 3 yaralı

Əfqanıstanda xidmət edən gürcü hərbçilər hücuma məruz qaldı – 1 ölü, 3 yaralı

Əfqanıstanda gürcü hərbçilərin patruluna hücum zamanı bir hərbçi ölüb, 3-ü yaralanıb.

Oxu.Az apsny.ge-a istinadən xəbər verir ki, hadisə Baqram hərbi bazasına aid ərazidə baş verib.

Hadisə nəticəsində Gürcüstan Silahlı Qüvvələrinin 2-ci piyada briqadasının piyada taborunun kiçik çavuşu, 23 yaşlı Mdinari Bebiaşvili ölüb. Bundan əvvəl o, iki dəfə Əfqanıstanda beynəlxalq sülhməramlı missiyada iştirak edib.

Hücum zamanı həmçinin 3 hərbçi yaralanıb. Onlardan biri, kapitan Mixail Qvirjişvilinin vəziyyəti ağırdır. Qalan iki hərbçinin vəziyyəti qənaətbəxşdir. Hazırda onlar Baqram aviabazasındakı hərbi hospitaldadır.

İ.F.

oxu.az

Oxunub: 8 Dəfə

Bolme: Dünya

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Şabranda sevgilisindən ayrılan qız özünü öldürmək istədi