loading...

Kosmik hotel layihəsi təqdim olundu

Kosmik hotel layihəsi təqdim olundu

Kosmik hotel layihəsi təqdim olundu

Kosmik hotel layihəsi təqdim olundu

ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.

“Managed, Reconfigurable, In-space Nodal Assembly” (“Marina”) adlanan layihənin yaradıcılarının planlarına görə, kosmik hotel ləçəklər şəklində dairəvi yerləşən səkkiz hava ilə doldurulmuş moduldan ibarət olacaq. 

Məlumata görə, hotelin gələcəkdə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi NASA-ya kosmik turist axını sayəsində xərcləri azaltmağa imkan verəcək. Bundan başqa, modulların sayını tədricən artırmaq və onları digər şirkətlərə icarəyə vermək mümkün olacaq.

Konsept yaradıcılarının sözlərinə görə, hoteldə bar, restoran, fitneslə məşğul olmaq üçün zal, birinci dərəcəli xidmətlərin göstərildiyi otaq nömrələri və s. yerləşəcək. Əsas fərqli cəhət isə qonaqlar üçün böyük illüminatorlardan açılan sehirli mənzərələr olacaq.

Mütəxəssislərin ilkin hesablamalarına görə, hoteldə iki həftəlik qalmaq üçün qiymət təxminən 5 milyon dollar təşkil edəcək.

L.Ə.

www.oxu.az 

Oxunub: 35 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ağdamın işğalından 24 il ötür