loading...

İki dəfə hesabda geridə olan “Monako”dan əzmkar qələbə – VİDEO

İki dəfə hesabda geridə olan “Monako”dan əzmkar qələbə – VİDEO

İki dəfə hesabda geridə olan “Monako”dan əzmkar qələbə – VİDEO

İki dəfə hesabda geridə olan “Monako”dan əzmkar qələbə – VİDEO

Fransa çempionatının 2017/2018 mövsümünün ilk oyununda sonuncu çempion “Monako” doğma meydanda “Tuluza” komandasının 3:2 hesabı ilə məğlub edib.

Oxu.Az-ın xəbərinə görə, qonaqlar artıq 6-cı dəqiqədə hesabda irəli çıxıblar. Zinedin Maşaş adını tabloya yazdırıb. Meydan sahibləri 28-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Jemerson fərqlənib.

İkinci hissənin əvvəlində Andi Delort yenidən “Tuluza”nı hesabda irəli çıxarıb. Lakin qonaqların sevinci uzun sürməyib. Bu qoldan beş dəqiqə sonra Falkao yenidən hesabda tarazlıq yaradıb. 

“Monako”nun qələbə qolunu isə 70-ci dəqiqədə Kamil Qlik vurub.

Oxunub: 34 Dəfə

Bolme: İdman

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex