loading...

Tovuzda ağır yol qəzası: Ana öldü – YENİLƏNİB

Tovuzda ağır yol qəzası: Ana öldü – YENİLƏNİB

Tovuzda ağır yol qəzası: Ana öldü – YENİLƏNİB

Tovuzda ağır yol qəzası: Ana öldü – YENİLƏNİB

Həyat yoldaşının "il mərasiminə" gedən qadın qəzada öldü.

Tovuz rayonunda baş verən ağır qəzanın təfərrüatı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər sakini Sevda Tapdıq qızı Həsənova bir il bundan əvvəl dünyasını dəyişən həyat yoldaşının “il mərasiminə” gedərkən baş verib.

Belə ki, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış.

Qeyd edək ki, bu gün S.Həsənovanın həyat yoldaşı Elsever Cəfərovun “il mərasimi” olub.

16:45

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Aytəkin İsrail oğlu Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

Nəticədə avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1967-ci il təvəllüdlü Sevda Tapdıq qızı Həsənova hadisə yerində ölüb. Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər - 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova  və 2012-ci il təvəllüdlü  Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.M.

www.oxu.az

Oxunub: 11 Dəfə

Bolme: Auto-Moto

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Məşhur türkiyəli müğənni Şəmkirə toya gəlib – FOTO