loading...

Yelkənli sörfinq həvəskarları Bakı çimərliklərində – VİDEO

Yelkənli sörfinq həvəskarları Bakı çimərliklərində – VİDEO

Yelkənli sörfinq həvəskarları Bakı çimərliklərində – VİDEO

Yelkənli sörfinq həvəskarları Bakı çimərliklərində – VİDEO

Windsurfing, yəni yelkənli sörfinq. Bu idman növü haqqında xarici mətbuatdan eşitmişik. Azərbaycanda isə bu günə kimi yelkənli sörfinq üzərə nə təlimlər, nə də yarışlar keçirilib. 

Oxu.Az xəbər verir ki, Lider TV-nin verdiyi məlumata görə, son zamanlar isə bir qrup gənc bu sahəni inkişaf etdirmək üçün bir araya gəlib. 

Onlar qısa zamanda “Facebook” səhifələrinə mindən artıq müraciət olduğunu deyiblər. Yelkənli sörfinq həvəskarı Şəmsi Kazımov bildirib ki, bu, əyləncə deyil, idman növüdür: “Mən inanıram ki, gələcəkdə bu sahədə Azərbaycanı təmsil edəcək peşəkar idmançılar olacaq”. 

Məşqçi Polad Qurbanov isə bildirib ki, yelkənli sörfinqin bütün sirlərinə yiyələnmək üçün 10 dərs kifayətdir: “Bu yelkənlər küləklə idarə olunur. Küləyin istiqamətini tutaraq siz suyun üzərində dura bilirsiniz. Yelkənli sörfinqlə bir dəfə məşğul olan insan elə zövq alır ki, mütləq yenidən qayıtmaq istəyir”.

Oxunub: 88 Dəfə

Bolme: İdman

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex