loading...

Dövlət Komitəsi Ermənistanın təxribatı ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi Ermənistanın təxribatı ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi Ermənistanın təxribatı ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi Ermənistanın təxribatı ilə bağlı məlumat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistanın növbəti təxribatı ilə bağlı məlumat yayıb. 

Qurumdan Oxu.Az-a verilən məlumata görə, məlumatda bildirilib ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər.

Qeyd olunub ki, ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı olub: “Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Yusifov Ramil də əlavə olunub. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ağır yaralanıb. 

Bu bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir. Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik”.

S.B.
oxu.az

Oxunub: 24 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Bölgələrdə yaşayan fiziki məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi başladı