loading...

“Petkim” rekord məbləğdə cərimələnib

“Petkim” rekord məbləğdə cərimələnib

“Petkim” rekord məbləğdə cərimələnib

“Petkim” rekord məbləğdə cərimələnib

İzmir Vergi Dairəsi SOCAR-ın Türkiyədəki aktivi olan “Petkim Petrokimya Holding A.Ş.” 165 milyon türk lirəsi (1 lirə - 0,4879 manat) məbləğində cərimələyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb 2014-cü ildə holdinqin istehsalat prosesində “PyGas”dan (Pyrolysis Gasoline) istifadə etməsidir.

“Petkim”in rəsmi açıqlamasında bildirilir ki, indiki mərhələdə cərimənin ödənilməsindən söhbət gedə bilməz. Holdinq məhkəmə və digər instansiyalara müraciət etmək hüququndan istifadə edəcək.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qonşu ölkədə yeganə neft-kimya istehsalçısı olan “Petkim Petrokimya Holding A.Ş.”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Turkey Energy A.Ş.” vasitəsi ilə strateji investisiya yatırıb. 

Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Turkey Energy A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb.

2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq holdinq üçün xammal xərclərini azaldacaq.

S.B.
oxu.az

Oxunub: 63 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
NASA işçi axtarır - Maaş187 milyon dollar