loading...

Yasamaldakı yanğının fəsadları aradan qaldırılır – FOTO

Yasamaldakı yanğının fəsadları aradan qaldırılır – FOTO

Yasamaldakı yanğının fəsadları aradan qaldırılır – FOTO

Yasamaldakı yanğının fəsadları aradan qaldırılır – FOTO

Yasamal rayonundakı yanğının fəsadları aradan qaldırılır.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Səməd İslamov məlumat verib.

O qeyd edib ki, iyulun 24-də, səhər saatlarında rayonun İnşaatçılar  prospekti 152/154 saylı yaşayış binasında yanğın baş verdiyi andan rayon rəhbərliyi və rayonun bütün əlaqədar  təşkilatları hadisə yerində olub.

“FHN-nin yanğınsöndürmə briqadalarının gördüyü təxirəsalınmaz  və məqsədyönlü tədbirlər nəticəsində  binanın dam hissəsindəki yanğının  mənzillərə keçməsinin qarşısı alınıb və sakinlərdən heç kim xəsarət almayıb.

Buna baxmayaraq, havanın küləkli, dam hissənin taxta konstruksiya və şiferdən ibarət  olması səbəbindən yanğın binanın dam hissəsini tamamilə əhatə edib və sıradan çıxarıb.

Yanğından sonra binaya komissiya tərəfindən baxış keçirilib, yanğının binaya, eyni zamanda, yanğınsöndürmə zamanı su axıntısı nəticəsində mənzillərə dəyən ziyan dəyərləndirilib.

Binanın damının istismar üçün tamamilə yararsız vəziyyətə düşdüyünü və bu səbəbdən mənzillər üçün daha ciddi fəsadlar törədəcəyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına 450 kv.m-lik çardaq tipli şifer dam örtüyünün təxirə salınmadan bərpasına qərar verib.

Su axıntısından mənzillərə dəymiş ziyana gəlincə, bu vəsaitlər sığortalanmış mənzillər üçün sığorta təşkilatları tərəfindən, digərləri üçün isə yanğının baş vermə səbəblərinin araşdırmalarının nəticələrindən asılı olaraq təqsirkar təşkilat və şəxslərin vəsaiti hesabına məhkəmə qərarı əsasında ödənilə bilər”, - deyə S. İslamov bildirib.

O, binanın qaz və elektrik enerjisi təminatının bu gün bərpa ediləcəyini də söyləyib.

Oxunub: 80 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ermənistanda hərbi hissəni tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb