loading...

ANAMA Xızıda partlayış yerinə baxış keçirib

ANAMA Xızıda partlayış yerinə baxış keçirib

ANAMA Xızıda partlayış yerinə baxış keçirib

ANAMA Xızıda partlayış yerinə baxış keçirib

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Stalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyatyanı sahəyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 320 000 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 2 gün ərzində 320 000 kv. m (32 ha) əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Stalçay kəndləri ərazisində 259 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

S.B.
oxu.az

Oxunub: 11 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Mehman Əliyev saxlanılıb