loading...

Dağlıq Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Dağlıq Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Dağlıq Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Dağlıq Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

“23 il əvvəl əldə edilən atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsini dondurmaqla bərabər, həmin münaqişədə yaxınları itkin düşmüş ailələr üçün də zamanı sanki dondurub. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həmin ailələrin əzizlərinin talelərini aydınlaşdırmağa yardım etməkdə davam edir”.

Bu barədə Oxu.Az-a BQXK-nın mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar təşkil olunan anım mərasimində çıxış edən BQXK-nın itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi Daniel Messerli qeyd edib ki, silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər: "Hətta bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir.”

Məmmədova Əsli bu vəziyyətlə yaxından tanışdır. Onun Dağlıq Qarabağ münaqişəsi nəticəsində 28 ailə üzvü itkin düşüb. “Əzizlərinin itkin düşməsi ilə yaşamaq onların həyatını itirməsini qəbul etməkdən daha çətindir. Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram.”

Məlumata görə, 2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması fəaliyyətini həyata keçirir. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsə bu məlumatları toplayaraq, onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün istifadə etməkdir.

BQXK itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərməyə də çalışır. 2012-ci ildə Bakı nümayəndəliyi Müşayiət Proqramına start verib və bu layihə vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərilib. Bundan əlavə, 103 şəxs “müşayiətçi” təlimi alaraq dəstək qrupları ilə işləmək bacarıqları əldə edib, 15 şəxs isə koordinator bacarıqlarına yiyələnib.

Salyan rayonundan olan müşayiətçi Əliyeva Şəhla bildirib ki, insanlara kömək etməyə çalışır: “Mən kömək etmək istəyirəm. Adətən, insanlar mənimlə danışdıqdan sonra özlərini daha yaxşı hiss etdiklərini deyirlər. Bu, mənə gördüyüm işin yararlı olduğunu hiss etmək imkanı verir.”

E.Ə.
www.oxu.az

Oxunub: 49 Dəfə

Bolme: Müharibə

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının cavabları açıqlandı