loading...

Gəncədə şahin quşuna əziyyət verilir – VİDEO

Gəncədə şahin quşuna əziyyət verilir – VİDEO

Gəncədə şahin quşuna əziyyət verilir – VİDEO

Gəncədə şahin quşuna əziyyət verilir – VİDEO

Qiymətli quş olan şahin quşunun ayağına ip bağlanılıb. İpin digər ucu divara bərkidilib. Quş nə qədər uçmaq istəsə də buna nail ola bilmir. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, görüntülərin Gəncədə çəkildiyi bildirilir.

Ətrafdakı insanlar quşu yemləməyə çalışırlar. Görüntülərdə quşun əziyyət çəkdiyi açıq aydın görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ilk növbədə quşun hansı yolla və haradan əldə edildiyi aydınlaşdırılmalıdır. Əgər vəhşi təbiətdən götürülübsə, o zaman həmin şəxsdən alınaraq təbiətə qaytarılmalıdır. Bundan əlavə qiymətli quşu ələ keçirən şəxs isə 500 manat məbləğində cərimə edilməlidir.

Əgər hansısa digər ölkədən gətirildiyi müəyyən edilərsə onda müvafiq sənədlər olmalıdır. Amma istənilən halda quşla qanunvericiliyin tələblərinə uyğun şəkildə davranılmalıdır. Əks halda 500 manat çərimə qaçılmazdır.

Nazirlikdən həmçinin bildirilib ki, sözügedən fakt araşdırılacaq. 

Oxunub: 21 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex