loading...

WP: Amerikalıların cəmi 16 faizi Trampın fəaliyyətindən razıdır

WP: Amerikalıların cəmi 16 faizi Trampın fəaliyyətindən razıdır

WP: Amerikalıların cəmi 16 faizi Trampın fəaliyyətindən razıdır

WP: Amerikalıların cəmi 16 faizi Trampın fəaliyyətindən razıdır

ABŞ-ın "Pew Research" araşdırma mərkəzinin yeni sorğusunun nəticələrinə əsasən, amerikalıların yalnız 16 faizi Donald Trampın prezident postunda fəaliyyətindən razıdır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Araşdırmanın nəticələrinə görə, hər 10 amerikalıdan 6-sı (58 faiz) Trampın fəaliyyətindən narazı olduğunu bildirib. Respondentlərin 25 faizi bununla bağlı suala cavab verməkdə çətinlik çəkib.

Əvvəlki sorğu göstərib ki, amerikalıların 24 faizi prezidentin fəaliyyətini bəyənir. Lakin qəzet qeyd edir ki, ortadakı fərq əvvəlki sorğuda iki əvəzinə üç cavab variantının nəzərdə tutulmasından ibarətdir.

Nəşr qeyd edib ki, sorğunun hər ikisi yalnız bir məqamı göstərir: ABŞ prezidentinin fəaliyyəti amerikalıların böyük əksəriyyətində, hətta seçki kampaniyası zamanı Trampa səs verməyə, onun rəqibini dəstəkləməməyə çağıran tərəfdarları arasında da ziddiyyətli hisslərə səbəb olur. 

N.О.

oxu.az

Oxunub: 9 Dəfə

Bolme: Dünya

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
“YouTube” yeni dizaynda təqdim olundu - VİDEO