loading...

Hamının sevgisini qazanan Vəli dünyasını dəyişdi – VİDEO

Hamının sevgisini qazanan Vəli dünyasını dəyişdi – VİDEO

Hamının sevgisini qazanan Vəli dünyasını dəyişdi – VİDEO

Hamının sevgisini qazanan Vəli dünyasını dəyişdi – VİDEO

Beyin iflicindən əziyyət çəkən Vəli dünyasını dəyişib. 

Oxu.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Vəlinin yaxınları məlumat veriblər. Ötən gün Müğənni Miri Yusif fanatları Fərid və Vəlini ziyarət etmişdi. Vəli və Fərid onu görmək arzusunda idilər. 

“Bu gün ən sadiq dinləyicilərimdən olan Vəlini ziyarət etdim. Ailə 4 nəfərdən ibarətdir. Vəli və qardaşı Fərid beyin iflicindən əziyyət çəkir, atalarının isə hər iki gözü görmür. Fatma xanım bütün ailəyə təkbaşına baxmağa çalışır“, - deyə Miri Yusif "Facebook" səhifəsində yazıb. 

Qeyd edək ki, "Bozbash pictures"dəki "Qılman" obrazını canlandıran aktyor İlkin Misgərli də həmin ailəni ziyarət edib. 

Xatırladaq ki, beyin iflicindən əziyyət çəkən Vəli sosial şəbəkələrdə Miri Yusiflə Röyanı görmək istədiyini, bunun onun ən böyük arzusu olduğunu yazmışdı. 

Qardaşı Fərid isə "Bozbash picture"dəki Qılman həkimi (İlkin Misgərli) görmək istədiyini bildirmişdi.

Oxunub: 55 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex