loading...

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları – ÜNVANLAR

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları – ÜNVANLAR

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları – ÜNVANLAR

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları – ÜNVANLAR

Bu gün səhər saat 9:00-dan etibarən Bakı şəhərində Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də, süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə  təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.

Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.

Qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ( Keşlə bazarının yanı), Xətai rayonu (“Nargilə” kafesinin yanı), Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 8 (parkın yanı) və Yasamal rayonu, Şərifzadə küçəsi  196 (“İdeal” şadlıq sarayının həyəti) ünvanlarında keçirilir.

S.B.
oxu.az

Oxunub: 41 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Mərkəzi Bank 610,9 milyon manat cəlb edib