loading...

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıt şəhərində yerləşən tam orta məktəblərin birində maraqlı hadisə baş verib.

Oxu.Az-ın Femida.az-a istinadla verdiyi məlumata görə, yeni işə qəbul olunan gənc müəllimlərdən biri anket məlumatlarını doldurarkən qəribə cavab verib. Belə ki, o, milliyyəti bölümündə “azərbaycanlı” əvəzinə, müsəlman cavabını qeyd edib. Bu hadisə məktəb müəllimləri arasında gülüşə və söz-söhbətə səbəb olub. Onlar “müəllim milliyyətini bilmirsə, necə uşaqlara dərs tədris edəcək”, - deyə iradlarını bildiriblər. Hadisə Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə baş verib. 

Femida.az daxil olan məlumatla bağlı məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu il yeni müəllimlərin işə qəbul olunduğunu təsdiq edib. Direktorun sözlərinə görə, bir nəfər müəllim yaş həddinə görə işdən azad olunub və 5 nəfər gənc müəllim işə götürülüb. Məktəb direktoru müəllimin milliyyəti əvəzinə müsəlman cavabını verməsindən xəbərsiz olduğunu bildirib. 

N.O.

oxu.az

Oxunub: 10 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Prezident İlham Əliyevdən Qurban bayramı TƏBRİKİ