loading...

İzzət Bağırovun köməkçisinin döydüyü şəxsin qardaşı danışdı

İzzət Bağırovun köməkçisinin döydüyü şəxsin qardaşı danışdı

İzzət Bağırovun köməkçisinin döydüyü şəxsin qardaşı danışdı

İzzət Bağırovun köməkçisinin döydüyü şəxsin qardaşı danışdı

“İzzət Bağırovun mühafizəçisi həbs olunubsa, demək, belə lazım bilinib. Bizlik bir şey yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Novruz Aslanovun qardaşı bildirib.

Aslanov bildirib ki, onlar İ.Bağırovdan şikayətçi deyillər:

“Biz razılığa gəldik. Lazım olan nə var idisə, hamısı mətbuatda yazıldı. Yəni İzzət Bağırovdan şikayətçi deyilik. Mühafizəçisi Elçin Cabbarlının həbs olunması isə bizlik deyil. Yəni biz şikayət etməmişik. Belə lazım biliblərsə, belə də olub”.

Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Novruza “beşbarmaq”la zərbələr endirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.

A.S.
www.oxu.az

 

Oxunub: 49 Dəfə

Bolme: Şou-biznes

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Azərbaycanda dolların 2020-ci ilə qədər olan məzənnəsi açıqlandı