loading...

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirildi

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirildi – FOTO

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirildi – FOTO

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirildi – FOTO

Heydər Əliyev Mərkəzinin parkında sentyabrın 9-da aviamodellərin uçuş şousu və sərgisi keçirilib. 

Oxu.Az Report-a istinadla xəbər verir ki, tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

Şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olub. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçirilib. 

Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaqdır.

Oxunub: 16 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Avronun məzənnəsi niyə yüksəlir? - Açıqlama