loading...

Hərraca 384 manata avtomobil çıxarılır

Hərraca 384 manata avtomobil çıxarılır

Hərraca 384 manata avtomobil çıxarılır

Hərraca 384 manata avtomobil çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Oxu.Az xəbər verir ki, hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Cəlilabad, Balakən, Şəmkir, İmişli, Göyçay, Samux və digər rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə olan Əmlak Kompleksi, paytaxtın Xəzər rayonunda yerləşən 7 saylı Stomatoloji poliklinika, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakəndə olan Əmlak Kompleksidir. 715 min manata təklif olunan müəssisənin torpaq sahəsi 38 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 11 min kv.m-dən çoxdur. Bundan başqa, Sumqayıtda yerləşən Əmlak Kompleksi 487 min 500 manata, Bakının Xəzər rayonunda olan “Mərdəkan” kafesi isə 300 min manata hərraca çıxarılıb. 

Müxtəlif növ nəqliyyat vasitələri də hərracda özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatında istifadə edilən traktorlar, kombaynlardır. Buraxılış tarixi isə 2005-2006-cı illəri əhatə edir. Avtomobillərin ilkin start qiyməti 384 manatla 30 min 230 manat arasında dəyişir. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Zaqatala Fındıq”, “Sabirabad Mexanikləşdirmə”, “Ağsu Sənaye İnşaat”, “Lənkəran Taxıl”, “Beyləqan Buzxana ”, “Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var. 

L.Ə.

www.oxu.az 

Oxunub: 4 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Mərhum müğənninin mükafat və aksessuarları oğurlandı – VİDEO + FOTO