loading...

İdmançılarımız birinci yeri qazandılar – FOTO

İdmançılarımız birinci yeri qazandılar – FOTO

İdmançılarımız birinci yeri qazandılar – FOTO

İdmançılarımız birinci yeri qazandılar – FOTO

İyunun 23-də Azərbaycan Ciu-Citsu Milli Federasiyasının Braziliya Ciu-Citsu Departamentinin təşkilatçılığı ilə Braziliya ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan Respublikası, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna və Qazaxıstan respublikalarından olan 200-dən çox idmançı öz güclərini sınayıblar.

Bu barədə Oxu.Az-a federasiyanın vitse-prezidenti Azər Bəydullayev məlumat verib.

Onun sözlərinə görə, turnir Braziliya ciu-citsusunun “Gi” və “No-Gi” versiyaları üzrə həyata keçirilib. Qazanılmış medalların sayına görə, Azərbaycan yığma komandası 1-ci yer, Birləşmiş Ərəb Əmirlikləri komandası 2-ci yer, Rusiya Federasiyası komandası 3-cü yerə layiq görülüb.

Komandamızın fəal iştirakçıları - kişilər arası görüşlərdə Elmar Həmidov və uşaqlar arası görüşlərdə Emil Verdiyev xüsusi texniki fəndlərin nümayişi ilə fərqləndiklərinə görə turnirin hakimlər kollegiyası tərəfindən “Ən yaxşı idmançı” adını qazanıblar.

Oxunub: 105 Dəfə

Bolme: İdman

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Yasamaldakı yanğın şəkillərdə – FOTO