loading...

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

Argentinada erməni mafiyasının üzvləri yaxalandı

Argentina polisi tərəfindən 2017-ci ilin 2 sentyabr tarixində həyata keçirilmiş əməliyyat nəticəsində “üzüklərin hökmdarı” adı ilə tanınan, "Bulgary", "Tiffany´s y Armani" kimi məşhur markalara məxsus zinət əşyalarının saxta nümunələrinin hazırlanması ilə məşğul olan cinayətkar qrupun 6 üzvü həbs olunub.

Oxu.Az news.az-a istinadən xəbər verir ki, bu barədə Argentina KİV-i məlumat yayıb.

Əməliyyat eyni zamanda üç yerdə - zinət əşyalarının hazırlandığı emalatxanada, onların satış məntəqəsində və qiymətli metalların saxlandığı mənzildə aparılıb.

Argentina mətbuatında yayılmış xəbərlərə əsasən, həbs olunmuş 6 nəfərdən 5-i ermənidir.

Argentina Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata əsasən, hüquq-mühafizə orqanları cari ilin aprel ayından həmin cinayətkar qrupun axtarışındadır.

N.O.

oxu.az

Oxunub: 9 Dəfə

Bolme: Dünya

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
ABŞ-da polis avtomobili qadının üzərinə çıxıb – VİDEO