loading...

Yaşar Aydəmirov Azərbaycan və Ermənistanın hərbi potensialından danışdı

Yaşar Aydəmirov Azərbaycan və Ermənistanın hərbi potensialından danışdı

Yaşar Aydəmirov Azərbaycan və Ermənistanın hərbi potensialından danışdı

Yaşar Aydəmirov Azərbaycan və Ermənistanın hərbi potensialından danışdı

“İşğalçı Ermənistan Azərbaycanın hərbi potensialının artmasından təşvişə düşür”.

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

“Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir. Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir.

Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”, - ekspert deyib.

S.B.
oxu.az

Oxunub: 9 Dəfə

Bolme: Müharibə

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?