loading...

Moskvada erməni təxribatının qarşısı alındı

Moskvada erməni təxribatının qarşısı alındı

Moskvada erməni təxribatının qarşısı alındı

Moskvada erməni təxribatının qarşısı alındı

Sentyabrın 11-də işə başlamış “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə Ermənistana məxsus stenddə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı olan Böyük Britaniyanın “ITE Group” şirkəti də Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlayışla yanaşıb və lazımi dəstək göstərib.

N.О.

oxu.az

Oxunub: 12 Dəfə

Bolme: Siyasət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlandı