loading...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

 

Oxunub: 5 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Boris Qraçevski: Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırırıq