loading...

Zakir Həsənov qoşun növlərinin komandanlarını dinlədi

Zakir Həsənov qoşun növlərinin komandanlarını dinlədi

Zakir Həsənov qoşun növlərinin komandanlarını dinlədi

Zakir Həsənov qoşun növlərinin komandanlarını dinlədi

Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissədə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirlik rəhbərliyi Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünü ziyarət edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

Oxunub: 29 Dəfə

Bolme: Müharibə

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Bakıda zəncirvari qəza – FOTO