loading...

Mixael Şumaxer müalicəsini Dallasda davam etdirəcək

Mixael Şumaxer müalicəsini Dallasda davam etdirəcək

Mixael Şumaxer müalicəsini Dallasda davam etdirəcək

Mixael Şumaxer müalicəsini Dallasda davam etdirəcək

Mixael Şumaxer müalicəsini Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər. 

Oxu.Az-ın autograph-a istinadən xəbərinə görə, bu barədə "Bravo" dərgisi məlumat yayıb.

Bu ilin dekabrında yeddiqat dünya çempionunun Meribel dağ-xizək kurortundakı qəzasından dörd il ötür. 2013-cü ilin avqustunda idmançı, bir neçə aylıq komadan və Lozannanın reabilitasiya mərkəzində keçirdiyi vaxtdan sonra evinə qayıtmışdı. O gündən əfsanəvi pilotun sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.

Üç il müddətində Şumaxerin ailəsi onun müalicəsinə 16 milyon avro xərcləyib. Lakin şayiələrə inansaq, Mixaelin vəziyyəti dəyişilməz qalır. "Bravo" dərgisinin bildirdiyinə görə, Mixaelin həyat yoldaşı Korinna amerikalı həkimlərə müraciət edib və Mixaeli Dallasdakı kəllə-beyin zədəsi almış şəxsləri müalicə edən klinikaya köçürə bilərlər.

“Bizim zədə almış xəstələrlərə çalışmaq üzrə böyük təcrübəmiz var, - F1-i klinikanın rəhbəri Maks Biksdən sitat gətirib. – Avropada, bizim həkimlərin üzləşdiyi qədər, belə növ hadisələrlə məşğul olan heç bir klinika yoxdur”.

ABŞ-da Şumaxerlərin rançosu olduğuna görə, bu köçürülmə o qədər də çətin olmayacaq.

N.O.

oxu.az

Oxunub: 20 Dəfə

Bolme: İdman

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Tovuzda ağır yol qəzası: Ana öldü – YENİLƏNİB