loading...

Benzinin qiymətinin artımına səbəb olan keyfiyyət dəyişibmi?

Benzinin qiymətinin artımına səbəb olan keyfiyyət dəyişibmi?

Benzinin qiymətinin artımına səbəb olan keyfiyyət dəyişibmi?

Benzinin qiymətinin artımına səbəb olan keyfiyyət dəyişibmi?

İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Rəsmi açıqlamada bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də, ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Oxu.Az Modern-ə istinadən xəbər verir ki, artıq 15 gündür “Aİ-92” 70 qəpiyə deyil, 90 qəpiyə satılır. Benzin bahalaşdı, bəs keyfiyyəti necə, yaxşılaşdımı?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, qiymət tənzimlənməsindən sonra Azərbaycanda yanacağın keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər görülür: “Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən neft-kimya məhsullarının sınağı laboratoriyasında yanacağın keyfiyyəti mütəmadi yoxlanılır. Ona görə əminliklə və birmənalı deyə bilərik ki, yoxlanılan yanacağın keyfiyyətində heç bir problem aşkar olunmayıb. Keyfiyyətin Avro-4 standartlarına uyğunlaşdırılması ilə bağlı sənayedə və istehsal prosesində işlər sürətlə davam etdirilir”.

F.Talıblı bildirib ki, yanacaq istehsalı zavodunda yeniliklər tətbiq edildikcə, keyfiyyətin Avro-4 standartlarına çatdırılması nəzərdə tutulub: “Tarif Şurasının qərarlarında qiymət artımının sənayenin inkişafına gətirib çıxaracağı və yanacağın Avro-4 standartına uyğunluğunlaşdırılacağına şərait yaradılacağı bildirilib”. 

L.Ə.

www.oxu.az 

Oxunub: 82 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Türkiyədə dollar 4 lirəyə qədər yüksələ bilər