loading...

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə fəaliyyət göstərən Birləşmiş Ştatlar Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Birləşmiş Ştatların Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-in missiya rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

2017-ci ilin fevralında xanım Meredis Cocuq Mərcanlıya hökumət tərəfindən təşkil olunmuş diplomatların səfərinə qatılıb, orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimaiyyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-in tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi icrasını əlaqələndirən Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadi bərpaya olan ehtiyacları müəyyənləşdirib.

2017-ci ilin 29 iyun tarixində EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək, ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər. 

N.О.

oxu.az

Oxunub: 3 Dəfə

Bolme: Siyasət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin tapıldı - FOTO