loading...

Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ

Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ

Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ

Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb. Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi 1,7008 manat təşkil edib. Dolların manata nisbətdə məzənnəsinin bundan sonra hansı həddə formalaşacağı sual doğurur. 

Bu mövzuda Oxu.Az-ın sualına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Mərkəzi Bank manatın hazırkı məzənnəsini qoruyub-saxlamağa çalışır: "Nəzərə alsaq ki, yay aylarında keçirilən hərraclarda valyutanın əhəmiyyətli hissəsi satılmırdı,  lakin Mərkəzi Bank dolları ucuzlaşdırmırdı və ya manatı mövcud məzənnəsindən çox bahalaşdırmırdı”.

V.Bayramov deyir ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməməsinə çalışır: “Dünya  bazarında dolların ucuzlaşması prosesi gedir. Bir tərəfdən, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Bununla da ucuz dollarla ixrac imkanlarını genişləndirmək istəyir. Başqa tərəfdən, neft bazarı dolların aparıcı valyutalara nisbətdə məzənnəsinə təsir göstərir. Düşünmürəm ki, bugünkü hərracda dolların kəskin ucuzlaşması gələcəkdə də məzənnənin düşməsinə gətirib-çıxarsın”. 

Onun sözlərinə görə, indiki məqamda dolların kəskin ucuzlaşması gözlənilmir: “Manatın dollara qarşı məzənnəsi həm də digər makroiqtisadi ixrac qabiliyyəti kimi faktorlar əsasında müəyyənləşir. Bu baxımdan, hələlik manatın kəskin möhkəmlənməsi, əvvəlki məzənnəsinə qayıtması gündəmdə deyil. Dolların manata nisbətdə məzənnəsi isə zaman-zaman cüzi də olsa, dəyişəcək”. 

V.Bayramov dekabr ayında dollara tələbatın yenidən artacağını irəli sürür: "Dövlət müəssisələrinin borc öhdəlikləri var. Onların yerinə yetirilməsi üçün valyutaya ehtiyac yaranacaq. Sözsüz, bu, manatın məzənnəsinin proqnozlaşdırılması anlamına gəlmir. Sadəcə, dollara olan tələbin proqnozlaşdırılmasıdır. Amma güman olunur ki, Mərkəzi Bank o halda belə, mövcud məzənnəni qoruyub-saxlayacaq". 

L.Ə.

www.oxu.az

Oxunub: 9 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Tahir İmanov: Yəqin ki, Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq