loading...

Bu ölkə də kriptovalyutaların ilkin emissiyasına qadağa qoydu

Bu ölkə də kriptovalyutaların ilkin emissiyasına qadağa qoydu

Bu ölkə də kriptovalyutaların ilkin emissiyasına qadağa qoydu

Bu ölkə də kriptovalyutaların ilkin emissiyasına qadağa qoydu

Cənubi Koreyanın Maliyyə sektoruna nəzarət Komissiyası (FSS) kriptovalyutaların ilkin emissiyasına (ICO - initial coin offering) qadağa qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə Report, CNBC-yə istinadən məlumat yayıb. 

Qeyd edilib ki, qadağa bütün növ kriptovalyutalara aid ediləcək.

FSS bildirib ki, nəzarət olmadan ICO-ların həyata keçirilməsi bazarda fırıldaqların artmasına gətirib çıxara bilər. Qurum qeyd edib ki, qadağanı pozanlar sərt şəkildə cəzalandırılacaq. Analitiklər kriptovalyuta treyderlərinin Honq-Konqa üz tutacaqlarını proqnozlaşdırırlar.

Qeyd edək ki, bir neçə həftə əvvəl Çin hökuməti də analoji addım ataraq ICO-lara qadağa qoyub.

L.Ə.

www.oxu.az

Oxunub: 14 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Hərracda dollar ucuzlaşdı