loading...

2018-ci ilin büdcəsində neftin qiyməti belə olacaq

2018-ci ilin büdcəsində neftin qiyməti belə olacaq

2018-ci ilin büdcəsində neftin qiyməti belə olacaq

2018-ci ilin büdcəsində neftin qiyməti belə olacaq

“2018-ci ilin dövlət  büdcəsinin  gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox  proqnozlaşdırılıb”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a 2018-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib.

Deputat bildirib ki,  2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək: “Büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə yönləndiriləcək. Sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub. Cənab prezident də mesaj verdi ki, gələn il əməkhaqqı və pensiyalar artırılacaq. Bu da dövlət büdcəsindən sosial sahəyə əlavə vəsaitin ayrılmasından xəbər verir”.

V.Əhmədov deyib ki, hərbi xərclər 2,2-2,5 milyon manat artırılacaq: “Bu da o deməkdir ki, büdcənin 13-15 faizi civarında vəsait hərbi sahəyə ayrılacaq. Təhsil, səhiyyə xərclərində də artımlar olacaq”.

L.Ə.

oxu.az

Oxunub: 13 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Bankçılıqda nəhəng birləşmə siqnalı - 1.4 trilyon avro