loading...

Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib

Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib

Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib

Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib

Astara rayonunda eyniadlı çayın daşması nəticəsində 100-dən artıq ev su altında qalıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb.

Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib.

Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları  yaşayış evini dağıdıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.

S.B.
oxu.az

 

Oxunub: 4 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ramil Quliyev Avropanın ən yaxşı kişi atletləri sırasında – FOTO