loading...

Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Azərbaycanda təbii fəlakət: 367 nəfər təxliyyə olundu

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə xilasetmə işlərini davam etdirir.

Məlumata görə, oktyabrın 4 və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarındakı müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyyə edib. 

A.M.

www.oxu.az

Oxunub: 24 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Avropa İnsan Haqları Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunur