loading...

Avropa virtual valyutanın dövriyyəsini qadağan edir

Avropa virtual valyutanın dövriyyəsini qadağan edir

Avropa virtual valyutanın dövriyyəsini qadağan edir

Avropa virtual valyutanın dövriyyəsini qadağan edir

Avropa Mərkəzi Bankı virtual valyutanın dövriyyəsini qadağan etmək istəyir.  

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Evald Novotnı bildirib ki,onlar hazırda virtual valyutanın dövriyyəsinə məhdudiyyət qoyan qanun üzərində işləyir.

Xatırladaq ki, Çin hökuməti də bir müddət əvvəl yerli kriptovalyuta birjalarına ticarəti dayandırmağı və istifadəçiləri bu barədə xəbərdar etməyi tapşırmışdı. Sözügedən qərarda bildirilirdi ki, əməliyyatlarla bərabər yeni istifadəçilərin qeydiyyatı dayandırılmalıdır. 

Qeyd edək ki, "JPMorgan Chase & Co" nun rəhbəri CEO Ceyms Daymon bir qədər əvvəl kriptovalyutaların sonunun yaxşı olmayacağını bildirib. Onun sözlərinə görə, "Bitcoin"  "fırıldaqçılıq"dır: "Əgər hər hansı JPMorgan traderi "Bitcoin" əməliyyatında iştirak edərsə, bir saniyə belə düşünmədən onu işdən çıxaracam. "Bitcoin" bizim qaydalarımıza ziddir". 

L.Ə.

www.oxu.az 

 

Oxunub: 6 Dəfə

Bolme: İqtisadiyyat

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
“Əsrin döyüşü”: Meyuezer Makqreqora qalib gəldi – VİDEO