loading...

Aktrisadan yol polisinə ittiham: Rəis deyib ki, Pərvinin avtomobili getməlidir

Aktrisadan yol polisinə ittiham: Rəis deyib ki, Pərvinin avtomobili getməlidir – FOTO

Aktrisadan yol polisinə ittiham: Rəis deyib ki, Pərvinin avtomobili getməlidir – FOTO

Aktrisadan yol polisinə ittiham: Rəis deyib ki, Pərvinin avtomobili getməlidir – FOTO

Aktrisa Pərvin Abıyeva avtomobilinə həbs qoyulması və cərimə meydançasına aparılması ilə bağlı geniş açıqlama verib.

Oxu.Az xəbər verir ki, bu barədə publika.az-a danışan sənətçi Nəsimi Rayon Yol Polisi Şöbəsi əməkdaşlarının avtomobili ondan xəbərsiz apardıqlarını bildirib: “Məndə kamera görüntüləri var. Nəsimi yol polisinin işçiləri gecə saat 4-də avtomobilimi həyətimdən aparıb. Yolda mənə “dur” əmri verilməyib. Nəsimi yol polisi işçilərinin mənimlə hansı prinsipi var bilmirəm. İcazəm olmadan avtomobilimi evakuatora qoşub aparıblar. Onlara dedim ki, “cərimələrim var. Sabah həll edəcəm”. Onlar isə “yox, bizim rəisin əmridir. Biz bunu aparmalıyıq” dedilər. Avtomobili aparmaları bəs etmirmiş kimi, sağ qapıları da cızıblar. Ortaq tanışlarımız var idi deyə məsələni böyütmədim. Əslində medianı ora çağıracaqdım. Avtomobilim hazırda məndədir, həmin günü cərimələrimi ödəyib, çıxarmışam. Gecə saat 3-də “Azneft” dairəsində cərimə ödəmişəm. Bunlar ona baxmayaraq, həyətimdən avtomobili aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, baş verən hadisəni araşdırıb, geniş açıqlama verəcəyini bildirdi.

Oxunub: 9 Dəfə

Bolme: Şou-biznes

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Türkiyə “Eurovision”a qayıdır?