loading...

Zaqatalada ağac kəsənlər cəzalandırıldı

Zaqatalada ağac kəsənlər cəzalandırıldı

Zaqatalada ağac kəsənlər cəzalandırıldı

Zaqatalada ağac kəsənlər cəzalandırıldı

Zaqatalada ağac kəsən şəxs cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Z.Q.
oxu.az

Oxunub: 41 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Azərbaycanlı qarabala sosial şəbəkələri “partlatdı” – VİDEO