loading...

İmmuniteti möhkəmləndirmək üçün içilən dərmanlar zəhərlənmə yarada bilər

İmmuniteti möhkəmləndirmək üçün içilən dərmanlar zəhərlənmə yarada bilər

İmmuniteti möhkəmləndirmək üçün içilən dərmanlar zəhərlənmə yarada bilər

İmmuniteti möhkəmləndirmək üçün içilən dərmanlar zəhərlənmə yarada bilər

“Payız-qış fəslinin gəlişi ilə əlaqədar immunitetini möhkəmləndirmək məqsədilə vitamin qəbul edən şəxslər özlərini zəhərlənmədən qorumaq üçün ehtiyatlı olmalıdırlar”.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, havaların soyuması ilə əlaqədar dərmanlardan zəhərlənmə və allergik reaksiyalarla bağlı xəstəxanaya müraciət edənlərin sayı arta bilər.

A.Maqsudov qeyd edib ki, ümumilikdə bu ilin yanvar-sentyabr ayları ərzində KTM-ə dərmanlardan zəhərlənmə ilə əlaqədar 112, allergik reaksiyalarla bağlı 46 nəfər müraciət edib. Dərmanlardan zəhərlənmələr və onların verdiyi allergik reaksiyalarla bağlı müraciət edənlərin arasında qadınların sayı üstünlük təşkil edir:

“Dərmanlardan zəhərlənmələrlə bağlı müraciət edənlər arasında daha çox yaşı 40-dək olan qadınlar üstünlük təşkil edir. Onların arasında 16-18 yaşlılar da olur. Bu yaşda olanların bir çoxunda keçid dövrü keçirməsi, imtahana hazırlaşmalar stress yaradır. Onların bu stressə qarşı qəbul etdiyi dərmanlar bəzən zəhərlənmə yaradır”.

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Onun sözlərinə görə, vitaminlərin qəbulu xeyirli olsa da, onların dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər:

“Eyni zamanda, soyuqdəyməyə qarşı dərmanlar da müəyyən allergik reaksiyalar verə bilər. Buna görə də belə dərmanları qəbul edən şəxslər olduqca ehtiyatlı olmalıdırlar”.

A.Maqsudov bildirib ki, insanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır.

O qeyd edib ki, dərmanların qəbulu nəticəsində əlavə təsirlərin yaranıb-yaranmayacağı orqanizmdən asılıdır: “Həssaslığı olan şəxslərdə dərmanlara qarşı allergiya yaranır. Hər bir orqanizm üçün həssas olan dərmanlar var. Əgər kimsə orqanizminin həssas olduğunu bilirsə, özünü o dərmanlardan qorumalıdır. Bilməyən şəxs isə dərman qəbulundan əvvəl yarım həb içməklə onun təsirini yoxlamalı, orqanizminin allergiya verib-verməyəcəyini əvvəlcədən müəyyənləşdirməlidir”.

A.Maqsudov deyib ki, allergiya yaradan dərmanların təsirləri onun sınaq məqsədi ilə qəbulundan sonrakı 1-2 saat ərzində özünü göstərir. Bu əlamətlər qaşınma, dəridə qızarma, mədə-bağırsaqda narahatlıq ola bilər.

Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu deyib. Onun sözlərinə görə, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi biruzə verir. Bu zaman dəridə qızarma olur, başgicəllənməsi yaranır: “Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldıqda tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir”.

 A.S.
www.oxu.az

 

Oxunub: 1 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Dövlət başçısı: Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb - FOTO