loading...

Bacısına mesaj yazanı öldürən qardaşla bağlı hökm dəyişdirilmədi

Bacısına mesaj yazanı öldürən qardaşla bağlı hökm dəyişdirilmədi

Bacısına mesaj yazanı öldürən qardaşla bağlı hökm dəyişdirilmədi

Bacısına mesaj yazanı öldürən qardaşla bağlı hökm dəyişdirilmədi

Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda, “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Daha sonra qısqanaraq, Ə.Muxtarovla haqq-hesab çəkmək qərarına gəlib. Başqa qız adı ilə profil açaraq, bacısı ilə danışan şəxsə mesaj yazmağa başlayıb. Bir ay sürən danışıqlardan sonra, nəhayət ki, onu görüşməyə razı sala bilib. “Memar Əcəmi” metrostansiyasının qarşısında baş tutan görüş zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov Ə.Muxtarovu bıçaqlayaraq, qətlə yetirib.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin birinci kurs tələbəsi olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya verib.

E.Ə.
www.oxu.az

Oxunub: 1 Dəfə

Bolme: Kriminal

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Azərbaycana gəlib