loading...

“Bomj”lara hökm oxundu

“Bomj”lara hökm oxundu

“Bomj”lara hökm oxundu

“Bomj”lara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər ikisi 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində baş verib. Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

E.Ə.
www.oxu.az

Oxunub: 18 Dəfə

Bolme: Kriminal

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Cəlilabadda məhkəmədən çıxan qadın öldü