loading...

“Google Play”də yükləmələrin sayı 15 milyardı ötüb

“Google Play”də yükləmələrin sayı 15 milyardı ötüb

“Google Play”də yükləmələrin sayı 15 milyardı ötüb

“Google Play”də yükləmələrin sayı 15 milyardı ötüb

“App Annie ” şirkəti 2017-ci ilin ikinci rübü üçün yeni tədqiqat apararaq “Google Play” əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötməsini açıqlayıb. Bu, “App Store” əlavələr mağazasından 135 faiz çoxdur.  

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “App Store” ən gəlirli əlavələr mağazası olmaqla bu göstərici üzrə  “Google Play ” mağazasını 95 faiz üstələyir.

Analitiklər  “Google Play ” mağazasının uğurunu Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda smartfonların sayının artması ilə izah edirlər. Braziliya artıq yükləmələrin sayına görə ABŞ-ı geridə qoyub.

Qeyd olunur ki,  “App Store ” ən gəlirli mağaza adını "iOS" sisteminin qapalılığı və ödəniş qabiliyyətinə malik çoxsaylı istifadəçilər sayəsində stabil saxlayır.
 

L.Ə.

www.oxu.az 

Oxunub: 34 Dəfə

Bolme: İKT

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı – FOTO