loading...

Ermənilərin seks köləsinə çevirdiyi Azərbaycan qızları – VİDEO

Ermənilərin seks köləsinə çevirdiyi Azərbaycan qızları – VİDEO

Ermənilərin seks köləsinə çevirdiyi Azərbaycan qızları – VİDEO

Ermənilərin seks köləsinə çevirdiyi Azərbaycan qızları – VİDEO

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ASİMDER rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində mülki əhali qətlə yetirildi, 4 min 700 azərbaycanlı əsir alındı: “Onlardan 2 min 700-ü qadın və uşaqlardır. Ermənistan 25 ildir işğalda saxladığı Qarabağda əsir aldığı Azərbaycan vətəndaşlarını həmişə inkar edib. Beynəlxalq insan haqları təşkilatları və ATƏT ölkələrindən heç biri buna səsini çıxarmır. İşğal altındakı Azərbaycan torpaqlarına gedən Gürcüstan və İran vətəndaşları təsadüfən Kəlbəcərdə əsirlərin saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziləri gəzib. Həmin vaxt mədənlərdə işlədilən, yarıac, səfil vəziyyətdə olan çoxsaylı insan görüblər. Dəmir məftillərlə bağlı olan bölgədə işləyənlərin kim olduğunu soruşanda öyrəndiklərindən heyrətə gəliblər. Onları gəzdirən erməni Zod kəndindəki mədənlərdə və digər ərazilərdə işlədilənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Bütün bunlara rəğmən, dünya ictimaiyyəti ikiüzlülük edərək, insan haqlarının tapdanmasına səssiz qalır”.

G.Gülbey bildirib ki, 1992-1995-ci illərdə Ermənistanın dövlət rəsmiləri əsir uşaqları və gənc qızların orqanlarını satıblar: “Azərbaycanlı əsir qadınları isə zorla özlərinə arvad ediblər, yaxud cinsi istismara məruz qoyublar. Özlərini öldürən qadınlar da olub. Bunları 1999-cu ildə İğdırda Ermənistan sərhədində heyvan qaçaqçılığı edərkən tutulan və Ermənistan həbsxanasında çəkən insanların danışdıqlarından öyrənirik. Onların dediklərinə görə, zəncirlənmiş şəkildə həbsxanaya gətirilən bir nəfər azərbaycanlı əsir olduğunu, Naxçıvanın Sədərək rayonu ilə sərhəd olan bölgədə işlədildiklərini deyib”.

ASİMDER rəhbəri qeyd edib ki, bu qədər dəlil olsa da, beynəlxalq insan haqları təşkilatları heç bir reaksiya vermir.

“ASİMDER olaraq, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasına, Türkiyə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Xarici Əlaqələr Şöbəsinə, Türkiyə Daxili İşlər Nazirliyinin İnsan Haqları və Beynəlxalq Təşkilatlar Bürosuna, Avropa İnsan Haqları Məhkəməsinə, Avropa İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurası və BMT-yə rəsmi şəkildə müraciət edəcəyik”, - deyə o bildirib.

Erməni əsirliyində olmuş azərbaycanlılardan bir neçəsinin danışdığı dəhşətləri təqdim edirik:

Oxunub: 42 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex